Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
24 aprel 2026 | 17:20
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 27 aprel tarixində saat 11:00-da Göygöl rayonunda Göygöl, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.
Qəbul Göygöl şəhəri Hummel küçəsində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.












