Hava xəbərdalığı
14 iyul 2026 | 14:14
Bakıda və Abşeron yarımadasında İyulun 15-dən 16-sı gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında İyulun 15-dən həftə sonunadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qeyri-sabit olacağı, fasilələrlə yağıntılı keçəcəyi proqnozlaşdırılır.
Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Mənbə: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti












