Gəncə Regional Qaz İstismarı İdarəsinin Göygöl Xidmət Sahəsinin məlumatı
02 iyun 2026 | 14:52
Hörmətli abonentlər,
“Qaz İxrac” İdarəsinin müvafiq tapşırığına əsasən, yüksək təzyiqli “Alabaşlı-Daşkəsən qolu” magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaqdır.
Bununla əlaqədar olaraq, 03.06.2026-cı il tarixində saat 10:00-dan etibarən işlər tam başa çatanadək “Gəncə Körpü Tikinti-2” QPS-dən (Qaz Paylayıcı Stansiya) qidalanan ölçü qovşağından qazın nəqli müvəqqəti olaraq dayandırılacaqdır.
Qaz təchizatında fasilə yaranacaq ərazilər;
Bəhrambağ və Asif Fərzəliyev qəsəbələri, Balçılı, Əlimədədli, Nadil, Qırıqlı, Qızılca, Quşqara, Səmədli, Sərakar, Haçaqaya, Xaqani və Yeni Qızılca kəndləri.












