"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Göygöl rayonunda vətəndaşları qəbul edəcək
17 fevral 2026 | 12:56
"Azəristiliktəchizat" ASC-nin sədrinin vətəndaş qəbulu fevralın 20-si saat 10:00-da Göygöl rayonundakı Heydər Əliyev mərkəzində baş tutacaq.
Görüş zamanı Göygöl, Samux və Daşkəsən sakinlərini qəbulu edəcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.












