"Azərişıq" ASC-nin sədri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
16 mart 2026 | 12:50
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 17-də saat 10:00-da Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Göygöl şəhəri Hummel küçəsində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda iştirak etmək istəyən şəxslər Göygöl Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.












