Sabahın xeyir, #Göygöl!
08 апреля 2024 | 09:32
Göygöl şəhərində qədim çəllək sənəti günümüzə qədər qorunub saxlanılır.
Göygöl şəhər sakini Cahan Cəfərov 43 ildi çəllək hazırlayır. Palıd taxtalardan hazırlanan həmin çəlləklər içində əsasən üzüm şərabı, konyak, viski və s. spirtli içkilərin saxlanılması üçün ideal hesab edilir. Çəlləklərdə ərzaq məhsullarının saxlanılması da qida təhlükəsizliyi baxımından mümkündür.




