Şriftin ölçüsü :

Saytın rəngi :

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare Göygöl rayonuna rəsmi səfər edib

24 октября 2025 | 14:35

Səfərin məqsədi 1944–1948-ci illərdə Azərbaycanda düşərgələrdə həlak olmuş rumıniyalı hərbi əsirlərin xatirəsinə Rumıniya Səfirliyi tərəfindən ucaldılmış abidənin açılış mərasimində iştirak etmək olub. Abidə II Dünya müharibəsində əsir düşənlərin 1 saylı qəbiristanlığında (Xanlar I) yerləşir. Ucaldılan bu abidə Azərbaycanda tolerantlıq və multikultural dəyərlərə sadiqliyin bariz nümunəsidir.
Səfir və qonaqlar əvvəlcə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ilə görüşüblər. Görüş zamanı Azərbaycan–Rumıniya münasibətləri, əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı dostluq əlaqələri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar rayonun tarixi məkanlarını: alman kilsəsini, şərab zavodunu, II Dünya Müharibəsində əsir düşənlərin II saylı qəbiristanlığını (Xanlar II) və digər tarixi yerləri ziyarət ediblər. Qonaqlar rayondan yüksək təəssüratla ayrılıblar.

Переходы