Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Nadil kəndində səyyar görüş keçirilib

22 января 2026 | 15:02

Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə uyğun olaraq Nadil kənd sakinləri ilə görüşüb. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.

Sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.

Sakinlər müraciətlərinin həssaslıqla və operativ qaydada həll olunduğuna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Переходы