Quşqara kəndində səyyar qəbul keçirilib
08 декабря 2025 | 15:32
Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə uyğun olaraq Quşqara kənd sakinləri ilə səyyar görüş keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və xidmət sahələrinin məsul şəxsləri iştirak ediblər.
Sakinlər kənddaxili yolların təmiri, köhnə məktəb binasının mərasim evi kimi sakinlərin istifadəsinə verilməsi, torpaq sahəsinə gedən arxın bərpa edilməsi, şəhid adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.




