Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 8-də Gəncə şəhərində III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib

09 октября 2025 | 14:32
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edib.
Daha sonra Oyunların rəsmi mahnısının sədaları altında MDB bayrağı III MDB Oyunlarının qalibləri – Nihad Rəhimov (sambo), Maqsud Mahsudov (batut gimnastikası), Turqut Həsənov (karate), Tərlan Qurbanəliyev (çövkən), Oqtay Hüseynov (üzgüçülük), Əli Nəzərov (yunan-Roma güləşi), Humay Dadaşova (taekvondo), Gülər Hüseynova (boks) və Könül Eyvazlı (cüdo) tərəfindən endirilib. Bayraq növbəti Oyunlara ev sahibliyi edəcək ölkəyə təqdim olunmaq üçün MDB İcraiyyə Komitəsinə təhvil verilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim “Natiq” ritm qrupunun, Azərbaycanın Xalq artisti Aygün Kazımovanın, həmçinin Aysel Teymurzadənin, Nigar Camalın, Eldar Qasımovun, Çingiz Mustafayevin, Nadir Rüstəmlinin və digər ulduzların ifaları ilə davam edib.
Tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Xatırladaq ki, Azərbaycan idmançıları III MDB Oyunlarında uğurlu çıxış edərək 33 qızıl, 56 gümüş və 95 bürünc medal qazanıblar. Ümumilikdə 184 medalla ölkəmiz yarışları ikinci yerdə başa vurub.
Переходы