Şriftin ölçüsü :

Saytın rəngi :

Kitab təqdimatı keçirilib

01 февраля 2026 | 12:23

          Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzi və Qərbi Azərbaycan İcması (QAİ) Göygöl rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə tibb üzrə fəlsəfə doktoru, yazıçı-publisist Abbas Göyçəgölün tərtib və nəşr etdirdiyi “Nərimanlı–Hüseynquluağalı Aşıqları və Şairləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

          Tədbirdə RİHB-nın müavini Kəmalə İbrahimova, YAP rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, idarə, müəssisə və təşkilatların əməkdaşları, tanınmış söz adamları, ziyalılar, elm və mədəniyyət xadimləri, eləcə də bölgənin məşhur aşıqları iştirak ediblər.

          Təqdimat mərasimi zamanı çıxış edən natiqlər kitabın elmi, tarixi və mədəni əhəmiyyətindən bəhs edib, nəşrin aşıq sənətinin, eləcə də bölgənin ədəbi-mədəni irsinin öyrənilməsi və təbliği baxımından mühüm mənbə olduğu vurğulanıb. Qeyd olunub ki, kitab milli-mənəvi dəyərlərin qorunması, folklor irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

          Tədbir çərçivəsində müəllif Abbas Göyçəgölün yaradıcılığına dair fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb, kitab haqqında ətraflı məlumat verilib. Çıxışlarda müəllifin uzun illər apardığı tədqiqatların nəticəsi olan bu əsərin ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsinə dəyərli töhfə olduğu qeyd edilib.

          Təqdimat mərasimi səmimi müzakirələr və xoş təəssüratlarla yadda qalıb, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Переходы