Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə tarixi-mədəni obyektlərə baxış keçirilib

17 декабря 2025 | 12:12
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) sədri Fərhad Adıgözəlov və Agentliyin əməkdaşları Göygöl rayonunda bir sıra tarixi-mədəni obyektləri ziyarət ediblər.
Səfər çərçivəsində ilk olaraq Heydər Əliyev Parkında yeni istifadəyə verilmiş Kitab Köşkü və yay kinoteatrı ilə tanış olunub. Ardınca Hummel qardaşlarının adını daşıyan küçədə yerləşən tarixi yeraltı zirzəmi kompleksinə baş çəkilərək buranın rayonun turizm potensialına verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb. Qonaqlar eyni zamanda Göygölün mühüm tarixi memarlıq nümunələrindən sayılan alman kolonistlərinə məxsus Lüteran kilsəsi, daha sonra Viktor Kleinin ev-muzeyi ilə tanış olublar. Dövlət rəmzlərinə həsr olunmuş Bayraq Muzeyi və Bayraq Meydanı, eləcə də Vətən uğrunda şəhid olmuş qəhrəmanların uyuduğu Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, dualar oxunub. Qonaqlar alman kolonistlərinin məzarlarının yerləşdiyi tarixi qəbiristanlıqda da olublar.
Sonda Göygöl rayonunun tarixi-mədəni irsinin geniş tanıdılması və turizm imkanlarının inkişafı ilə bağlı bir sıra layihələrin həyata keçiriləcəyi bildirilib. 
Переходы