Göygöl rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbiri təşkil olunub
14 июня 2025 | 17:35
Göygöl rayon ümumtəhsil müəssisələrində 2024-2025-ci tədris ilinin başa çatması ilə bağlı keçirilən “Son zəng” tədbirlərində Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, İHB Aparatının əməkdaşları, eyni zamanda rayon üzrə Təhsil sektorunun nümayəndələri, məktəb kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində Göygöl rayon ümumtəhsil məktəblərində 10 mindən çox şagird təhsil alıb, onlardan 770 nəfər şagird XI sinfi bitirərək məzun olublar. Bütün məzunlarımızı təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq.




