Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan tələbələrlə görüşüb
05 сентября 2025 | 12:43
Keçirilən görüşdə RİHB Aparatının məsul əməkdaşları, Təhsil Sektorunun nümayəndələri, valideynlər, müəllimlər və yüksək bal toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunan tələbələr iştirak ediblər.
Görüşü giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı tələbələri və onların ailələrini təbrik edərək qeyd etmişdir ki, gənclər ölkəmizin inkişafında mühüm rol oynayır və onların bilikli, təşəbbüskar və vətənpərvər ruhda yetişməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. İcra başçısı tələbələrin bilik və bacarıqlarının artırılması, onların məşğulluğunun təmin olunması, innovativ düşüncəli gənclərin dəstəklənməsi istiqamətində ölkə səviyyəsində görülən işlər barədə ətraflı məlumat verərək, gənclər üçün müxtəlif inkişaf proqramları, təlimlər və könüllülük fəaliyyətləri həyata keçirildiyini vurğulamış və gənclərə bu imkanlardan daha geniş istifadə etmələrini tövsiyə etmişdir.
Daha sonra çıxış edən müəllimlər və valideynlər belə tədbirlərin gənclərə böyük stimul verdiyini qeyd edərək, göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir zamanı tələbələr öz təəssüratlarını bölüşüb, gələcək planları barədə fikirlərini səsləndiriblər.
Görüş çərçivəsində yüksək nəticə göstərmiş tələbələrə rayon rəhbərliyi tərəfindən xatirə hədiyyəsi təqdim olunmuşdur. Tədbir rəsmi hissədən sonra xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
2025-2026-cı tədris ilində yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin siyahısını təqdim edirik:




