Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi müəssisədə görüş keçirib

16 октября 2025 | 18:40
Göygöl rayonu, Yeni Qızılca kəndində fəaliyyət göstərən “Fermer” kolbasa istehsalı müəssisəsində keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl rayon Statistika İdarəsinin rəisi Ruzigar Həsənov, Göygöl KOB dostu Orxan Əhmədov, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı mərkəzinin əməkdaşı Kənan Namazov, və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişdir.
Arzu Qocayev görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə məlumat vermiş və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini iştirakçıların diqqətinə çatdıraraq, Azərbaycanda iqtisadiyyat üçün yeni istiqamətlər formalaşdığını, idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarət olduğunu qeyd etdi. Digər tərəfdən, ölkəmizdə ət və süd məhsulları istehsalçılarının bazarın dağıdıcı təsirlərindən qorunması və yaxud müdafiə edilməsi üçün məqsədyönlü tədbirlərin işlənib hazırlanmasına xüsusi fikir verildiyini, ətin və südün daha çox istehsal edildiyi regionlarda bu məhsulların emalı ilə məşğul olan müəssisələrin yaradılmasına və onlar arasında rəqabətin dərinləşdirilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırmışdır. Göygöl rayonunun sosial-iqtisadi inkişafının davamlı xarakter aldığını qeyd edən A.Qocayev eyni zamanda rayonda görülən məqsədyönlü işlərin nəticəsi olaraq 2025-ci ilin birinci yarımilliyində 56 yeni iş yeri açıldığını, bunun isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çox olduğunu, bu sahədə işlərin davam etdirildiyini bildirmişdir.
Dövlət Məşğulluq Agentliyinin və KOBİA-nın nümayəndələri də fəaliyyətləri istiqamətində görülən işlər barədə ətraflı məlumat vermiş və görüş iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.
“Fermer” kolbasa istehsalı müəssisəsinin rəhbəri Əmrahov Eşqin Qəzənfər oğlu öz çıxışında ilk növbədə sahibkarlara yaradılan şəraitə görə Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkür edib. O bildirib ki, hazırda müəssisə gün ərzində 1 tona qədər kolbasa, sosiska və sardelka məhsulları hazırlamaq gücünə malikdir. Həmçinin müəssisə məşğulluğun və daimi iş yerlərinin artmasına da təkan verib. Belə ki, müəssisədə 6 nəfər daimi iş yeri ilə təmin olunub.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş, hazırda mövcud olan problemlər, onların həlli yolları, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Переходы