“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsinə start verildi.
09 сентября 2025 | 23:05
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib. Sonra isə düşərgənin açılış mərasimi və təlimatlandırma görüşü baş tutub.
Düşərgə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı və Göygöl Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.




