"Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr olunmuş görüş
09 декабря 2025 | 17:07
Göygöl Rayon İcra Hakimiyyətində 9 dekabr - Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Rayon İcra Hakimiyyətinin konfrans zalında baş tutan tədbirdə RİHB Aparatının əməkdaşları iştirak ediblər.
Tədbirdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlərdən danışılıb. Qeyd edilib ki, Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, həmçinin korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli şəkildə həyata keçirilməsinə imkan yaradır.
Dəyirmi masada çıxış edənlər korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən bəhs ediblər. Görülmüş tədbirlər nəticəsində dövlət idarəçiliyində elektron xidmətlərin inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması, kompleks maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açılıb.




