Ağacəkmə aksiyası keçirilib
19 декабря 2025 | 13:15
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində ümumrayon ağacəkmə aksiyası təşkil olunub. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri iştirak edib.
Ağacəkmə aksiyası çərçivəsində Eldar şamı, Şərq çinarı, göyrüş, tuya və digər ağac növləri əkilərək suvarılıb. Keçirilən ağacəkmə aksiyasında 1000-dən çox ağac əkilib.




