Vətən müharibəsi şəhidi Məmmədov Maqsud Vüqar oğlunun ildönümü mərasimi keçirilib.
09 октября 2021 | 16:00

09 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Məmmədov Maqsud Vüqar oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev, rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Məmmədov Maqsud Vüqar oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini anıblar.




