Səhiyyə naziri Oqtay Şirəliyev Göygöl rayonunda vətəndaşları qəbul etdi.
18 октября 2018 | 16:00
18 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirdi. Cənab nazir Göygöl, Daşkəsən, Samux rayon və Gəncə şəhər sakinlərinin müraciətlərini, təklif və şikayətlərini dinlədi, vətəndaşların səhiyyə sahəsinə dair maraqlandıran suallarını cavablandırdı və lazımi tədbirlər görüldü.




