Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar – Xalqımızın Qəhrəmanlıq Salnaməsi

19 января 2026 | 17:55
Rayon İcra Hakimiyyəti və YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Göygöl Gənclər Evində təşkil olunan tədbir Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycan xalqının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən natiqlər 20 Yanvar 1990-cı il hadisələrinin Azərbaycan tarixində faciə olmaqla yanaşı, xalqımızın milli iradəsinin, azadlıq əzminin və mübarizə ruhunun təcəssümü olduğunu vurğulayıblar. Qeyd olunub ki, həmin gün şəhid olanların qanı yerdə qalmayıb və bu mübarizə ruhu illər sonra Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə ən yüksək zirvəsinə çatıb. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər 20 Yanvar şəhidlərinin, eləcə də bütün şəhidlərimizin arzularının gerçəkləşməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının parlaq təcəssümüdür.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Переходы