Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

Rayonda 156 çarpayılıq  rayon mərkəzi  xəstəxanası (bura 40 cərrahiyyə, 40 terapiya, 20 pediatriya, 30 mamalıq-ginekologiya, 10 yoluxucu xəstəliklər, 6 anesteziologiya-reanimasiya,hemodializ 10  çarpayıya malik şöbələr aiddir), böyüklər və uşaqlar  bölümü  olan poliklinika, qadın məsləhətxanası, 5 ailə  sağlamlıq  mərkəzi  (Mərkəzi ASM, Balçılı, Çaykənd Şəhriyar, Çaylı), 8  kənd həkim məntəqəsi (Hacıməlik, Aşıqlı, Üçtəpə, Topalhəsənli,, Yeni Zod,  Quşqara, Qızılca, Mollacəlilli kəndi), 23 kənd tibb məntəqəsi (Sarısu, Quşçu, Qarabulaq, Toğanalı, Göyçəkənd, Köşkü, Pənahlılar, Dozular, Gəncə, Zurnabad, Kərəmli, Bəhrəmbağ, Xəqani, Cümşüdlü, Qırıxlı, Sərkarlı, Haçaqaya, Əlimədətli, Nadil, Yeni Qızılca, Yalqışlaq, Danayeri, Tülallar kənd), 1 kardiorevmatoloji sanatoriya, 1 Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.
    Mərkəzi rayon xəstəxanası 2009-cu ildə fərdi layihə  ilə  yeni inşa edilmiş və müasir inventar və avadanlıqla təmin olunmuşdur.
    Bu tibb müəssisələrində 546  nəfər  o, cümlədən 62  nəfər həkim, 2 əczaçı-provizor, 1 nəfər tibb üzrə fəlsəfə doktoru, 256 nəfər  orta  tibb  işçisi  çalışır. Hər 1000 nəfərə düşən həkimlərin sayı 1.0, hər 1000 nəfərə düşən orta tibb işçilərin sayı 4.0  Hər 1000 nəfərə doğum göstəricisi 10.0, hər 1000 nəfərə ölüm göstəricisi 8,6. Təbii artım 91  nəfərdir, hər 1000 nəfərə təbii artım göstəricisi 1.4-dür. Əhalinin hər 10000 nəfərinə stasionar çarpayı göstəricisi  24-dür.

Keçidlər