Göygöl Rayon Təhsil Şöbəsi üzrə 50 ümumtəhsil məktəbi, o cümlədən, 39 tam, 10 ümumi orta, 1 ibtidai məktəb və 2 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəbləri üzrə 1298 müəllim, 257 nəfər rəhbər işçi, 21 nəfər əvəzçi müəllim olmaqla 1575 nəfər pedaqoji işçi, 2 məktəbdənkənar təhsil müəssisələrində 64 nəfər dərnək rəhbəri olmaqla cəmi 1639 nəfər pedaqoji heyət vardır. Fəaliyyət göstərən 50 ümumtəhsil məktəblərindən 22-si birtipli layihə əsasında tikilmiş, digər 28 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşir.
Son dövrlərdə rayonumuzda 22 məktəb binası, 5 məktəbdə 31 əlavə sinif otağı, 1 uşaq bağçası tikilmiş, 20-dən artıq məktəb binası və 5 uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Rayonun bütün ümumtəhsil məktəbləri müasir inventar və avadanlıqlarla təmin olunmuşdur. Məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təmin etmək məqsədi ilə bütün məktəblərə kompüter dəstləri paylanmışdır.
Rayonun tam orta məktəblərini bitirmiş şagirdlərdən hamısı tam orta təhsil haqqında attestat alır, ali məktəblərə qəbulun nəticəsi ilbəil artaraq 48 % çatmışdır. Rayonda 5 “Respublikanın Əməkdar müəllim” adına, 4 nəfər “İlin ən yaxşı müəllimi” adına, 4 nəfər “Tərəqqi medalı” na, layiq görülmüş müəllim var.
Rayonda 18 dövlət, 1 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların da 5-i rayon mərkəzində yerləşir.