Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cəbrayılov Elnur Tofiq oğlunun ildönümü mərasimi keçirilib.

16 yanvar 2022 | 16:00

16  yanvar 2022-ci il tarixdə Vətən müharibəsi şəhidi Cəbrayılov Elnur Tofiq oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl şəhər  Şəhidlər Xiyabanında  Vətən müharibəsi şəhidi Cəbrayılov Elnur Tofiq oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini anıblar. Eyni zamanda şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Keçidlər