Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İsgəndərov Mikayıl Vəkil oğlunun ildönümü mərasimi keçirilib.

15 yanvar 2022 | 16:00

15 yanvar 2022-ci il tarixdə Göygöl rayonu Topalhəsənli kəndindən olan Vətən müharibəsi şəhidi İsgəndərov Mikayıl Vəkil oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl rayonu Topalhəsənli kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi İsgəndərov Mikayıl Vəkil oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Eyni zamanda Topalhəsənli kənd tam orta məktəbin şagirdləri Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Keçidlər