Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Muradov Nadir Əhməd oğlunun ildönümü mərasimi keçirilib.

12 yanvar 2022 | 16:00

12 yanvar 2022-ci il tarixdə Göygöl rayonu Gəncə kəndindən olan Vətən müharibəsi şəhidi Muradov Nadir Əhməd oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl şəhəri Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Muradov Nadir Əhməd oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Sonra məktəblilər Şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.  Eyni zamanda Vətən müharibəsi şəhidi Muradov Nadir Əhməd oğlunun xatirəsinə tikilmiş ehsan bulağının açılışı olub.

Keçidlər