Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid və qazi ailələrinə diqqət dövlət siyasətinin əsas prioritet istiqaməti hesab edilir.

13 dekabr 2021 | 16:00

Azərbaycanda şəhid ailələrinə  göstərilən yüksək dövlət qayğısının əsası Ulu öndər Heydər Əliyev  tərəfindən qoyulub .Ümummilli  liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı ,bu istiqamətdə yürütdüyü dövlət siyasəti, onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətləri müharibə veteranlarının, əlillərin , şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi , onların problemlərinin həllinə vaxtında nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Dövlət başçısının apardığı siyasətə uyğun olaraq Tibbi Ərazi Bölmələrinin  İdarəetmə Birliyi-nin nəzdində  fəaliyyət göstərilən tibb müəsissələrində şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə  yüksək səviyyəli tibbi xidmət göstərilir. Göygöl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində də müharibə veteranlarına, müharibə əlillərinə ,şəhid ailələrinə yüksək qayğı göstərilir. Onların sağlamlığının keşiyində durmaqla Dövlət siyasətinə uyğun olaraq daim işlər aparılır .Bu  baxımdan  vətən  müharibəsində torpaqlarımız uğrunda şəhid olmuş vətəndaşların ailə üzvlərindən  5 nəfər, 1 nəfər isə müharibə iştirakçısı Göygöl RMX PHŞ -də işlə təmin olunmuşdu, Göygöl rayonunda şəhid ailə üzvləri mütəmadi olaraq  xəstəxanada profilaktik tibbi müayinələrə cəlb edilir. Bu baxımdan  12 Dekabr 2021-ci il tarixdə aksiya təşkil edilərək 30 nəfər şəhid ailə üzvləri xəstəxanada profilaktik  tibbi müayinələrə cəlb edilibdir.

Şəhid ailə üzvləri xəstəxanada ətraflı klinik ,laborator, insturmental və ixtisaslı həkimlər tərəfindən müayinə edildikdən  sonra onların bir qisminə  ambulator  müalicə təyin edilmiş, 3 nəfər şəhid ailə üzvündə aşkarlanan Cərrahi xəstəliyə uyğun olaraq Göygöl RMX PHŞ-də   Cərrahiyyə əməliyyat  aparılması planlaşdırılıb .1 nəfər şəhid anasında diz oynağının endoprotezləşməsi üçün İcbari Tibbi Sığortanın xidmətlər zərfi  çərçivəsində  ixtisaslaşmış tibb müəsissəsinə göndəriş təşkil edilib. Digər 6 nəfər isə İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində Koronar Angioqrafiya   müayinəsi aparılması üçün özəl xəstəxanalara göndəriş verilib. Aksiya növbəti həftənin bazar günü davam edəcəkdir.

Keçidlər