Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü qeyd edilib

12 dekabr 2021 | 16:00

Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatından 18 il keçir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Göygöl rayonunda da Ümummilli Lider Heydər Əliyevin  əziz xatirəsi  qeyd edilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev və digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri  Göygöl Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndərin heykəli önünə gül-çiçək dəstələri düzərək, Ümummilli Liderin  əziz xatirəsini dərin ehtiramla  yad ediblər.
Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuza nur saçır.

Keçidlər