Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Həsənli Elçin Qəşəm oğlunun ildönümü mərasimi keçirilib.

06 dekabr 2021 | 16:00

06 dekabr 2021-ci il tarixdə Göygöl rayonu Qırıqlı kəndindən olan Vətən müharibəsi şəhidi Həsənli Elçin Qəşəm oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl rayonu Qırıqlı kənd Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Həsənli Elçin Qəşəm oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar. Eyni zamanda şəhid Həsənli Elçinin təhsil aldığı Göygöl rayon Qırıqlı kənd tam orta məktəbin şagirdləri Şəhidin keçdiyi döyüş yolu barədə ətraflı məlumat verərək,  Şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.

Keçidlər