Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

04 sentyabr 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən Şəhid Musayev Səhman Qəşəm oğlunun atası Musayev Qəşəm İbrahim oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı şəhid ailəsinin maddi-məişət şəraiti ilə maraqlanılmış və  qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə etdiyi müraciətin müsbət həlli olaraq gələcəkdə mənzillə təmin olunması üçün mənzil növbəsinə alınması haqda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq  Sərəncamı  ona təqdim edilmişdir.
Xatırladaq ki, Şəhid Musayev Səhman Qəşəm oğlu 1 yanvar 2000-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2006-cı ildə Göygöl şəhər İ.Novruzov adına 4 nömrəli tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2015-ci ildə Tovuz Dövlət Sosial İqtisad Kollecinə qəbul olmuşdur. 2019-cu ildə həmin kolleci bitirmişdir.
 2019-cu ilin iyul ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman Cəbrayıl və Xocavənd istiqamətində gedən hərbi döyüşlərdə iştirak etmişdir. Səhman Musayev 27 fevral 2021-ci il tarixdə Ağdam rayon Şelli kəndində şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

Keçidlər