Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

03 sentyabr 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən Şəhid İsgəndərov Mikayıl Vəkil oğlunun atası İsgəndərov Vəkil Mikayıl oğlu və anası İsgəndərova Ağbəniz Alay qızı xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı şəhid ailəsinin maddi-məişət şəraiti ilə maraqlanılmış və qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə etdiyi müraciətin müsbət həlli olaraq gələcəkdə mənzillə təmin olunması üçün mənzil növbəsinə alınması haqda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq  Sərəncamı  ona təqdim edilmişdir.       
Xatırladaq ki, Şəhid İsgəndərov Mikayıl Vəkil oğlu 10 fevral 1997-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 2003-cü ildə Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2015-ci ilin aprel ayından  2016-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Mikayıl İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

Keçidlər