Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş Taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.

27 avqust 2021 | 16:00

27 avqust 2021-ci il tarixdə Göygöl rayon Göygöl Gənclər İdman İdarəsinin təsdiq etdiyi Əsasnaməyə əsasən Göygöl rayon Gənclər və İdman İdarəsinin və Göygöl rayon "İrəvan" idman klubunun birgə təşkilatçılığı ilə Göygöl rayon Mədəniyyət və istirahət parkında yerləşən "Yaşıl kinoteatr" da Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş Taekvondo (İTF) idman növü üzrə rayon birinciliyi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Beynəlxalq Taekvondo Federasiyasının Azərbaycan üzrə nümayəndəsi – Master VII Dan Qara kəmər ustası Barat Orucov iştirak edib. Göygöl rayon Mədəniyyət Mərkəzinin "Nərgiz" xalq kollektivinin təşkil etdiyi konsert proqramında vətənpərvərlik ruhunda olan ifalar tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. Sonda yarışın qalibləri diplom və medallarla təltif olunublar.

 

Keçidlər