Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

31 avqust 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Şirinov Zahir Ziyad oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Şirinov Zahir Ziyad oğlu 04 avqust 1975-ci il tarixdə Daşkəsən rayonunun Qazaxyolçu kəndində anadan olmuşdur. 1982-ci ildə Gəncə şəhər Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbinin 1-ci sinfinə getmiş, 1993-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1993-1997-ci illər ərzində Gəncə Aqrar Universitetində ali təhsil almışdır. Universiteti bitirdikdən sonra Zahir Şirinova  leytenant hərbi  rütbəsi verilmişdir. 2003-2007-ci illərdə “N” saylı hərbi hissədə zabit kimi xidmət etmişdir.
21 sentyabr 2020-ci ildə könüllü olaraq hərbi təlimlərdə və 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə partlayış travması, Keçirilmiş qapalı kəllə bbeyin travması, beyin silkələnməsi və  sol  mil-bilək oynağının kor qəlpə yarası almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Zahir Şirinov Ölkə Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

Keçidlər