Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

30 avqust 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Məmmədov Mehman Habil oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Məmmədov Mehman Habil oğlu 16 fevral 1999-cu il tarixdə Göygöl rayonunun Xəqani kəndində anadan olmuşdur. 2005-ci ildə Göygöl rayon A.Möyləmov adına Xəqani kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-cı ilin aprel ayından 2018-ci ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
           27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 28 sentyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə partlayış travması, hər iki gözün keratopatiyası, şüşəvari cismin bulanması, sağ gözün travmatik retinopatiyası və bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının qəlpə yarası almışdır. III qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Mehman Məmmədov Ölkə Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Subaydır.

Keçidlər