Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

19 avqust 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Əliyev Tuncay Ehtibar oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Əliyev Tuncay Ehtibar oğlu 01 avqust 2001-ci il tarixdə Göygöl şəhərində anadan olmuşdur.  2007-ci ildə Göygöl şəhər 4 saylı tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük  2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 31 oktyabr 2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə partlayış travması, Hər iki daban əzilmiş cırılmış yaralanma, hər iki aşıq və daban sümüklərinin açıq çoxqəlpəli yerdəyişmiş sınığı, orta dizaltı sinirin zədələnməsi yarası almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Tuncay Əliyev  ölkə Prezidentinin Sərəncamı ilə  “Füzulinin azad olunmasına görə”  və “Xocavəndin azad olunmasına görə”medalı ilə təltif edilib. Subaydır.

Keçidlər