Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

11 avqust 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Verdiyev Müzamil Müradil oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Verdiyev Müzamil Müradil oğlu 05 iyul 1987-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuşdur.  1994-cü ildə Gəncə şəhər 17 saylı tam orta məktəbinin 1-ci sinfinə getmiş, həmin məktəbdə 5-ci sinfə kimi təhsil almış, daha sonra təhsilini Göygöl rayon Üçtəpə kənd tam orta məktəbində davam etdirmişdir. 2005-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2005-ci ilin oktyabr ayından 2007-ci ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük  2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 15 oktyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə partlayış travması, baş beyin silkələnməsi və kəllə-beyin travması  almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Müzamil Verdiyev ölkə Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

Keçidlər