Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

02 avqust 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  Sərdar Balayev tərəfindən  şəhid  İsgəndərov Mikayıl Vəkil oğlunun ailə üzvləri xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
           Şəhid ailəsinin müraciəti diqqətlə dinlənilib. Şəhid ailəsi onlara daim diqqət və qayğı ilə yanaşan ölkə başçısına minnətdarlıq edib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.          
           Şəhid İsgəndərov Mikayıl Vəkil oğlu 10 fevral 1997-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 2003-cü ildə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
           2015-ci ilin aprel ayından  2016-ci ilin oktyabr ayınadək  N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
           27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Mikayıl İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Subaydır.

Keçidlər