Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonda “Könüllülər kuboku” Respublika turniri keçirilir.

26 iyul 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 12 aprel 2021-ci il tarixli 9222 saylı razılıq məktubuna və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əmrinə əsasən  “Könüllülər kuboku” Respublika turniri  keçirilir.
Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təsdiq etdikləri əsasnamə və proqrama uyğun olaraq şahmat, mini-futbol və  basketbol (3*3) idman növləri üzrə keçirilir. Yarışların zona mərhələsinin basketbol növü 25-27 iyul 2021-ci il tarixlərdə Göygöl Olimpiya İdman Kompleksində keçirilib. Zona mərhələsində 10 oğlan komandası və 6 qız komandası iştirak edib. Oğlanlar arasında 1-ci yerə Gəncə şəhər, 2-ci yerə Mingəçevir şəhər, 3-cü yerə isə Göygöl rayon komandası layiq görülərək finalda iştirak etmək hüququ əldə edib.
Qızlar arasında Gəncə şəhər komandası 1-ci yerə, Göygöl rayon komandası 2-ci yerə, Naftalan şəhər komandası isə 3-cü yerə layiq görülüb. Yarışların final mərhələsi 14-16 avqust 2021-ci il tarixlərdə Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.

Keçidlər