Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonundan məzun qızıl medala layiq görülüb.

26 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının Təhsil Nazirinin 15 iyul 2021-ci il tarixli, F-357 nömrəli əmri ilə  2020/2021-ci tədris ilində XI sinfi bitirmiş Göygöl rayonu Hacıməlik qəsəbə 2 nömrəli tam orta məktəbin məzunu Qurbanov Əli Camal oğlu qızıl nişanla təltif olunub. Eyni zamanda Qurbanov Əli Camal oğlu Respublika fənn olimpiadasında III yerə layiq görülüb.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev məzun Əli Qurbanovu qəbul edərək, əldə etdiyi yüksək nailiyyətlərə görə  təbrik edib ona xoş arzularını çatdırıb.
Görüşdə rayon Təhsil şöbəsinin, Hacıməlik qəsəbə 2 nömrəli tam orta məktəbin rəhbəri və valideynlər iştirak etdilər. Görüşün sonunda xatirə şəkili çəkdirilib.

 

Keçidlər