Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda taxıl biçini uğurla davam etdirilir.

02 iyul 2021 | 16:00

Göygöl rayon ərazisində 2021-ci ilin məhsulu üçün  7125,0  ha payızlıq dənli-taxıl bitkilərinin əkini aparılmışdır. Bunun 4361,0 ha buğda, 2763,5 ha arpa əkinləridir. Hal-hazırda 2380,5 ha arpa və 1423,0 ha buğda sahəsində biçin aparılmışdır. 7052,4 ton arpa və 4280,5 ton buğda məhsulu biçilərək tədarük olunmuşdur. Orta məhsuldarlıq əvvəlki illərdən fərqli olaraq bu il daha yüksək buğda əkinlərində 30,2 sent/ha, arpa əkinlərində isə 29,6 sent/ha olmuşdur.   Taxıl biçini “Aqrolizinq” ASC və rayondə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdə məxsus taxılbiçən kombaynlar tərəfindən aparılır. Taxıl biçən kombaynlar kifayət qədər olduğundan biçinlə bağlı payon ərazisində hec bir problem yaşanmır. 
Hal-hazırda rayon ərazisində taxıl biçini davam etdirilir və qısa vaxt ərzində başa çatdırılması nəzərdə tutulmuşdur.

Keçidlər