Şriftin ölçüsü :

Saytın rəngi :

"26 İyun Silahlı Qüvvələr Günü" münasibətilə Göygöl gəncləri Şəhidlər Xiyabanına yürüş ediblər.

26 iyun 2021 | 16:00

Göygöl Təhsil Mərkəzi abituriyent hazırlığı kursunun Göygöl filialı və  Göygöl rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun  Azərbaycan Respublikasının Silahlı Qüvvələr yaradılmasının 103-cü illiyi ilə əlaqədar olaraq Göygöl gəncləri əllərində şəhidlərin şəkilləri və Azərbaycan bayraqları ilə Şəhidlər Xiyabanına üz tutublar. Gənclər şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonda tədbir  iştirakçıları Heydər Əliyev Parkında yerləşən Açıq Hava Teatrında  vətənpərvər mahnılar oxuyub, şeirlər səsləndiriblər.

Keçidlər