Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

29 iyun 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Rüstəmov Murad Həvil oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Rüstəmov Murad Həvil oğlu 20 iyun 1997-ci il tarixdə Göygöl rayonunun Nadil kəndində anadan olmuşdur. 2003-cü ildə Göygöl rayon Nadil kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2015-cı ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
           21 sentyabr 2020-ci ildə könüllü olaraq hərbi təlimlərdə və 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 29 oktyabr 2020-ci il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə partlayış travması və sol ayağın dəlib keçən qəlpə yarası almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Murad Rüstəmov Ölkə Prezidentinin Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir.

Keçidlər