Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Səhiyyə işçilərinin “Peşə bayramı” qeyd olunub.

17 iyun 2021 | 16:00

 

17 İyun Səhiyyə işçilərinin Peşə bayramı günü münasibəti ilə Göygöl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə  tədbir keçirilib. Tədbirdən əvvəl Göygöl rayon Səhiyyə işçiləri Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq,  ona hörmət və ehtiramlarını ifadə ediblər. Sonra tədbir Göygöl Mərkəzi rayon xəstəxanasının akt zalında davam etdirilib.
         Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son zamanlar səhiyyənin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hərtərəfli şəraitin yaradılması təmin olunub.
       Azərbaycan hökuməti ilk günlərdən Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıb və bu istiqamətdə işlər davam etdirilir. 
      Göygöl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə də əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi və pandemiya ilə mübarizə üçün hərtərəfli şərait yaradılmışdır.  Xəstəxananın tibb işçiləri yaradılmış şəraitdən istifadə edərək vəzifə borclarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirirlər. Bu da rayon əhalisi  arasında müsbət qarşılanır və yüksək qiymətləndirilir.
     Tədbirin sonunda əməkdə fərqlənən bir qrup rayon tibb işçisi Fəxri Fərmanlarla təltif olunublar.

 

 

Keçidlər