Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl gəncləri üçün "Bizimlə YAY" layihəsinin açlışı keçirildi.

16 iyun 2021 | 16:00

Göygöl Təhsil Mərkəzi  abituriyent hazırlığı kursunun Göygöl filialının təşkilatçılığı ilə Göygöldə yaşayan gənclər üçün "Bizimlə YAY" layihəsinin açılış mərasimi baş tutdu. "Bizimlə YAY" layihəsi çərçivəsində gənclərimizin dərsləri, istirahəti və daimi inkişafı üçün bütün şərait yaradılacaq.İyun və iyul aylarında 8 həftə boyunca gənclərimiz "Bizimlə YAY" layihəsi çərçivəsində aşağıdakı proqramlardan yararlana biləcəklər.
*İngilis dilinin maraqlı və əyləncəli formada tədrisi;
*Müxtəlif fənlərdə  və maraqlı mövzularda master klasslar;
*Natiqliq, bədən dili, düzgün ixtisas seçimləri üçün təlimlər;
*Universitetlərə səyahət, müxtəlif gəzintilər, sərgilərdə iştirak;
*Maraqlı intellektual oyunlar, musiqi günləri, film günləri və yarışlar.
"Bizimlə YAY" layihəsi boyunca şagirdlər topladıqları ballara əsasən layihənin sonunda xüsusi mükafatlar qazanacaq həmçinin layihə iştirakçıları xüsusi sertifikat ilə təltif olunacaqlar

Keçidlər