Şriftin ölçüsü :

Saytın rəngi :

"Nizami ili"nə həsr edilmiş teatr tamaşa müsabiqəsi keçirilib.

03 may 2021 | 16:00

2021-ci ilin “Nizami ili” elan olunması münasibətilə Göygöl Gənclər və İdman idarəsinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi ilə birgə ""Nizami elə bir dühadır ki,.." adlı teatr tamaşa müsabiqəsi keçirilib.
Tədbirin məqsədi Nizami yaradıcılığında insani keyfiyyətlərin, mənəvi dəyərlərin gənclərə aşılanması, Nizami dühasının yeni nəslin qəlbinə sevgi ilə həkk olunması, istedadlı gənclərin aşkara çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsidir.
Tədbirdə Göygöl şəhər TTFT Lisey, 4 saylı, 5 saylı və Nadil kənd tam orta məktəbləri iştirak edib. Tədbirin sonunda iştirak edən məktəblər təşəkkürnamə və xatirə hədiyyələri ilə təltif edilib.

 

 

Keçidlər