Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

17 aprel 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən qazi  Xıdırov Teymur Nəbi oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Xıdırov Teymur Nəbi oğlu  27 Mart 1980-ci il tarixdə Göygöl rayonunun Köşkü kəndində anadan olmuşdur.  10.03.2014-cü  il tarixdən müddətdən artıq hərbi qulluqçu kimi  “N” saylı hərbi hissənin tərkibində xidmətə başlamış və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  03 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə partlayış travması almış, sağ dirsəyin açıq qəlpəli yarası, fəqərənin yumşaq toxumasının kor qəlpə yarası ilə yaralanmışdır.  Hal-hazırda qazimizin müalicəsi davam edir.

Keçidlər