Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonda növbəti ağacəkmə kampaniyası keçirilib.

12 aprel 2021 | 16:00

Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın və İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə mütəmadi olaraq ölkəmizdə ağacəkmə kampaniyaları keçirilir. Kampaniyaların keçirilməsində əsas məqsəd ölkədə yaşıllıqların artırılması və mövcud yaşıllıq sahələrinin qorunmasına diqqətin artırılmasıdır.
Ölkəni əhatə edən ağacəkmə kampaniyasına töhfə vermək məqsədi ilə bugün Göygöl rayonunda deputat Elşad Mirbəşir oğlunun təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı – başçının birinci müavini Turani Əliyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Göygöl rayon təşkilatının əməkdaşları və könüllüləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri iştirak etmişdir. Aksiyada 200 ədəd Eldar şamı əkilmişdir.

Keçidlər