Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

01 aprel 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən qazi  Abdıyev Elmin Arif oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Abdıyev Elmin Arif oğlu 13 İyul 1995-ci il tarixdə Göygöl rayonunun Mollacəlilli kəndində anadan olmuşdur.  28.09.2020-ci il tarixdən  “N” saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  31 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə sol ayağından güllə, bazu nahiyəsindən qəlpə yaraları və partlayış travması almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir.

Keçidlər