Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Vətən müharibəsi Şəhid ailələri və qazilər mütəmadi olaraq ziyarət edilir:

19 mart 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev şəhid Cəbrayılov Elnur Tofiq oğlunun ailəsini ziyarət edib.
      Cəbrayılov Elnur Tofiq oğlu 26 aprel 1981-ci ildə Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur. 1988-ci ildə Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfə getmiş, 1994-cü ildə Göygöl şəhərinə köçərək orta təhsilini Göygöl şəhər 6 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 1999-cu il tarixdə həmin məktəbin 11-ci sinfini bitirmiş, 1999-2003-cü illərdə Gəncə Dövlət Universitetində ali təhsil almışdır.
2003-cü ildən 2004-cü ilə kimi  N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, 2004-cü ilin aprel ayında zabit olmaq üçün Təlim Tədris Mərkəzində təhsil almış və leytenant rütbəsi almışdır. 2004-cü ildən Göygöl şəhər 1 nömrəli tam orta məktəbdə və Göygöl rayon Çaylı kənd tam orta məktəbində tarix müəllimi işləmişdir. 2013-cü ildə könüllü olaraq N saylı hərbi hissədə leytenant kimi xidmətə başlamışdır.
2016-cı ildə aprel döyüşlərində, 27 sentyabr 2020-ci ildə isə 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Elnur Cəbrayılov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölkə rəhbərinin Sərəncamı ilə Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubileyi, ölümündən sonra Vətən uğrunda, Cəsur Döyüşçü, Cəbrayılın  azad olunmasına görə və  Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.

Keçidlər