Şriftin ölçüsü :

Saytın rəngi :

GÖYGÖL RİH-də II QARABAĞ MÜHARİBƏSİ İŞTİRAKÇISINA VƏZİFƏ VERİLDİ

15 mart 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısının Dozular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə yeni kadr təyinatı olub.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyevin müvafiq əmrinə əsasən, Vətən müharibəsinin iştirakçısı 1992-ci il təvəllüdlü Mirzəliyev İslam Məsim oğlu Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Dozular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub. İslam Mirzəliyev Azərbaycan Dövlət İqtisad  Universitetini 2014-cü ildə bitirib, II Vətən müharibəsində Füzuli-Zəngilan-Cəbrayıl-Qubadlı istiqamətində döyüşlərdə iştirak edib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Göygöl Rayon İcra Hakimiyyətinin kollektivi adından İslam Mirzəliyevi təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər